İsrail dövləti Xocalı soyqırımını tanıyır

İsrail dövləti Xocalı soyqırımını tanıyır

"Xocalıya Ədalət!" kampaniyası Ermənistan ordusunun dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi qəddar qətliamın beynəlxalq ictimaiyyətə çatdırılması, beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin bu faciəni soyqırımı aktı kimi tanıması üçün mühüm əhəmiyyətə malikdir.

Artıq dünyanın 10 ölkəsi, ABŞ-ın 16 ştatı rəsmi şəkildə, parlament səviyyəsində Xocalı faciəsini soyqırımı kimi tanıyıblar.

2015-ci ildə İsrail dövlətinin ali rəhbər şəxsləri öz rəsmi çıxışlarında Xocalı faciəsini soyqırımı aktı kimi ifadə etmişlər.

İsrail Prezidenti Reuven Rivlin BMT Baş MəclisininXolokost qurbanlarının xatirəsinə həsr olunmuş Beynəlxalq Anım Günündə çıxış edərək bildirib: "Bu gün biz özümüzə sual verməliyik: bizim, bu Assambleyanın bütün dünyada soyqırımına qarşı mübarizəsi səmərəlidirmi?.. Bizim mübarizəmiz Bosniyada kifayət qədər səmərəli oldumu? Bu, Xocalıda insanların faciəvi ölümün qarşısını alınmasında nəticə verdimi? Biz taliblərin əfqanlıları qətlə yetirməsinin qarşısını ala bildikmi? Bizim səylərimiz Sutirada səmərəlidirmi? Bəs Nigeriyada?".

Fevralın 26-da İsrailin Akko şəhərində "Xocalıya Ədalət!" kampaniyası çərçivəsində keçirilmiş anım mərasimində iştirak edən İsrailin xarici işlər naziri Aviqdor Liberman bildirib: "Bəşəriyyət tarixində faciələr az deyil. Onları unutmaq olmaz, lakin təəssüf ki, heç də hamı onları xatırlamır və lazımi nəticə çıxarmır. Bu gün biz İsrail və Azərbaycanın kədərli təcrübəsini birləşdirməyə toplaşmışıq ki, gələcəkdə belə faciələrə yol verilməsin".

Bütün bunlar göstərir ki, Xocalı faciəsi İsrail parlamenti – Knesset tərəfindən soyqırımı kimi tanınmasa da, artıq İsrailin ali rəhbər vəzifəli şəxsləri bu qətliamı soyqırımı kimi tanıyır və qəbul edirlər. Bu isə öz növbəsində İsrail dövlətinin Xocalı soyqırımını tanıması deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə