"Ailə quran insanların bioloji yaşından çox psixoloji yaşlarının üst-üstə düşməsi daha önəmlidir. Bunu SİA-ya açıqlamasında psixoloq-psixoterapevt Təhminə Çələbi söyləyib.
Bildirib ki, cütlüklər yaş fərqinə görə deyil, düşüncə tərzinə uyğun olan insanla ailə həyatı qurmalıdır: "Boşanan şəxslərin əksəriyyətinin düşüncə tərzi, intellektual səviyyəsi, maraqları uyğun gəlmədiyindən baş verir. Əgər qadın və kişi heç bir məcburiyyət olmadan nikaha daxil olursa bu normal hal hesab edilir. Lakin 13 yaşlı qızın 40 yaşındakı kişi ilə evlənməsi təbii ki, yol verilməzdir. Onlar arasındakı yaş fərqi ata ilə qız arasındakı yaş həddinə gəlib çatırsa burada xəyanət də, intihar hadisələri də baş verə bilər. Bu cür neqativ halların baş verməməsi üçün cütlüklərin düşüncə tərzi və bir-birilərini anlamaları vacib şərtlərdəndir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB