NATO nümayəndələri Bakıda kurs keçir

NATO nümayəndələri Bakıda kurs keçir

NATO nümayəndələri Hərbi Hava Qüvvələrinin (HHQ) zabitləri üçün kurs keçir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, martın 4-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Almaniyada yerləşən Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən kurs başlayıb.

Tədbirdə Azərbaycan Hərbi Hava Qüvvələrinin mütəxəssisləri üçün şəxsi heyətin birgə axtarış və xilas edilməsi əməliyyatlarında iştirakına, o cümlədən bu sahədə fəaliyyətlərin təkmilləşdirilərək NATO standartlarına uyğunlaşdırılmasına dair təqdimatların verilməsi nəzərdə tutulub.

Təlim martın 6-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə