İran mallarının sərgisinə start verildi FOTO

İran mallarının sərgisinə start verildi FOTO

Avtomobildən tutmuş qida məhsullarına qədər İranda istehsal edilən mallar 5 gün ərzində Gəncədə sərgilənəcək. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu gündən öz işinə başlayan satış-sərgisində İranın 51 şirkəti iştirak edir və Ərdəbil əyalətinin beynəlxalq sərgilər şirkətinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfədir baş tutur. Qida, sənaye məhsulları, dərman preparatları, tekstil və geyim, avtomobil, santexnika, kənd təsərrüfatı məhsulları və digər çeşidli mallar Gəncədə İran mallarının ilk sərgisində nümayiş etdirilir. Hər iki ölkə sahibkarları üçün körpü rolunu oynayan və iqtisadi əlaqələrin genişlənməsinə xidmət edən sərgidə stendlər arasında İranın Ərdəbil əyaləti ilə yanaşı, Qərbi və Şərqi Azərbaycan əyalətləri, Tehran, İsfahan, Əlborz, Məşhəddən şirkətlər də yer alır. Gəncə Olimpiya İdman Kompleksində keçirilən açılış mərasimində İranla Azərbaycan arasında əlaqələri müsbət inkişafının regional əməkdaşlığa da sirayət etdiyi və bu yaxınlarda Gəncə ilə Təbrizin qardaşlamasının buna misal olduğu bildirilib. Ardından sərgi ilə tanışlıq olub.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə