Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Şabranda vətəndaşları qəbul edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbul martın 13-ü saat 10.00-da Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutacaq.
H. Bağırov Şabran, Quba, Qusar, Xaçmaz, Xızı və Siyəzəndə yaşayan vətəndaşlarla görüşəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB