ATGTİ-dən yeni proqram FOTOLAR

ATGTİ-dən yeni proqram FOTOLAR

ATGTİ Ekologiya işçi qrupu "Tullantıların idarə olunması: dünya təcrübəsi və Azərbaycanda görülmüş işlər" mövzusunda elmi proqrama start verib. SİA-nın məlumatına görə, "Tullantıların idarə olunması: dünya təcrübəsi və Azərbaycanda görülmüş işlər" mövzusunda elmi proqram layihəsinin ilk seminarı keçirilib. Seminarda ekspert qismində Abşeron rayonundakı mövcud ekoloji problemlərin planlı surətdə həll edilməsi məqsədilə yaradılan "Təmiz Şəhər" ASC nümayəndəsi Ətraf Mühit və Əməyin Mühafizəsi şöbəsinin müdir müavini Səbuhi Babayev iştirak edib.

İnteraktiv seminar zamanı tələbələri maraqlandıran bir sıra vacib məsələlərə toxunulub. İlk seminarda tələbələrə tullantılardan düzgün istifadə üzrə ölkəmizin və xarici dövlətlərin təcrübəsi, tullantıların çeşidlənməsinin əhəmiyyəti və nəticələri, Azərbaycanda mövcud təcrübə və ölkəmizdə yaxın gələcəkdə planlaşdırılan layihələr haqqında məlumat verilib.

Bundan əlavə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər, tullantıların yerləşdirilməsinin və utilizasiyasının müasir standartlara cavab verən şəkildə qurulması və idarə olunması, tullantıların təkrar emal prosesi və enerji istehsalının əhəmiyyəti müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə