Lənkəran şəhər Gənclər evində tələbə gənclər üçün intellektual oyunlar üzrə təlim keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran şəhər Gənclər və İdman İdarəsi və "Lənkəran intellektuallar klubu"nun birgə təşkilatçılığı ilə gənclərin intellektual potensialının inkişaf etdirilməsi, bilik və bacarıqlarının artırılması və onların intellektual oyunlara həvəsləndirilməsi məqsədilə əvvəlcə 40-ə yaxın gəncin iştirak etdiyi təlimdə intellektual oyunların formatı, keçirilmə qaydaları, iştirakçıların bilik və bacarıqlarının artırılması istiqamətində söhbət aparılıb.
Təlimdən sonra "Xəmsə" Milli İntellektual Oyun üzrə tələbə gənclər arasında rayon turniri keçirilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB