Martın 3-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Birləşmiş Təhlil və Öyrənilmiş Təcrübələr Mərkəzinin ekspertlər qrupu tərəfindən təlim kursu başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, kursda Silahlı Qüvvələrin şəxsi heyəti üçün NATO-da öyrənilmiş təcrübələr şəbəkəsinin qurulması və bu prosesin hansı mərhələləri əhatə etməsinə dair təqdimatların verilməsi nəzərdə tutulub.
Təlim kursu martın 5-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB