Martın 4-də Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri Komandanı ordu generalı Akın Öztürk Azərbaycan Respublikasına rəsmi səfərə gələcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır. Türkiyə Hərbi Hava Qüvvələri Komandanı ordu generalı A.Öztürkün Azərbaycana səfəri martın 6-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB