Sürücülərə şad xəbər!

Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti bərpa olunacaq. Bu barədə SİA-ya Nəqliyyat nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

O deyib ki, Dilarə Əliyeva küçəsinin Keykab Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissədə asfalt-beton işləri ilə yanaşı, digər işlər - yolun hərəkət hissəsinin üfüqi nişanlanması, xətlənməsi tam qurtardığı üçün bir saat ərzində həmin hissənin tam açılması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə