Etika Akademiyası və WSL arasında memorandum imzalanıb

Etika Akademiyası və WSL arasında memorandum imzalanıb

Azərbacan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) nəzdində yaradılan Etika Akademiyası və WSL (Washington School of Languages) arasında 28 fevral, 2015-ci il tarixində əməkdaşlıq memorandumu imzalanıb. SİA-nın məlumatına görə, Etika Akademiyası peşəkar davranış qaydalar və etik normalar üzrə kadrlar yetişdirir. Bu sahədə Avropa və Amerika proqramlarını tədbiq edir. Washington School of Languages işgüzar ingilis dilini hər sahədə öyrədir. Geniş müəllim kadrlarıyla biznes, maliyyə və digər industriyalarda ingilis dilini xarici müəllim heyəti ilə xüsusi metodlu proqramlarla təqdim edir. Bu əməkdaşlıq kadrlara Biznes Etiket və Biznes English proqramlarını təqdim edə biləcəkdir. İngils dili müvəffəqiyyətli beynəlxalq sövdələşmələrin bağlanması, müşavirələrdə və təqdimatlatda informasiyanın verilməsi üçün bir xidmət təklif edilir.

Tədbir zamanı beynəlxalaq standartlara cavab verə biləcək bir kadrların yetişdirilməsinin zərurəti və bu sahədə mərkəzin təqdim etdiyi proqramlar qeyd olunub.

Günel İbrahim çıxışında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2015-2025 gənclər üçün verilən sərəncamı əsas tutaraq gənc mütəxəssislərin, milli kadrların yetişdirilməsində bu əməkdaşlığın töhfəsi olacağını bildirib.

WSL (Washington School of Languages ) rəhbəri Tamerlan Vahabov dövlət qurumları ilə bir sıra əməkdaşlıqlar etdiklərini və AR Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Socar və bir sıra digər qurumlarda layihələrə başladıqlarını vurğuladı. Eyni zamanda xaricdən dəvət olunan mütəxəssislərlə birgə korporativ, ümumi, biznes və beynəlxalq imtahanlara hazırlıq (TOEFL, İELTS, SAT, GMAT, GRE ) üzrə ingilis dili proqramları barədə məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə