Yaz yağışına hazırsız? PROQNOZ

Yaz yağışına hazırsız? PROQNOZ

Martın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, havanın temperaturu gecə 4-6, gündüz 7-10 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında martın 4-də fasilələrlə yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.

Bu cür hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə