Xocalı qurbanları Niderlandda anıldı FOTOLAR

Xocalı qurbanları Niderlandda anıldı FOTOLAR

Niderland Krallığında Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş bir sıra tədbirlər keçirilib. Bu ölkədə təşkil olunmuş üç gün ərzində davam edən silsilə tədbirlərə Azərbaycanın Niderlanddakı səfiri Mir-Həmzə Əfəndiyev, Milli Məclisin deputatları Zahid Oruc, Sahib Alıyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Dünya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Xəzər Emin, Hollandiya Türkləri Konseyinin İdarə heyətinin üzvü Ahmet Kaya, Hollandiya Türrləri Konseyi başqanı Mustafa Cingöz, Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi başqanı İlhan Aşkın, Milli Məclisin keçmiş üzvü Həvva Məmmədova və Avrasiya Vəqfi Başqanə Fatma Aktaş qatılıb. BAMF-dan SİA-ya verilən xəbərə görə, birinci tədbir 26 fevral 2015-ci il tarixində Haaqa şəhərində yerləşən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edilməsi və abidə önünə əklillər qoyulması ilə başlanıb. Daha sonra Niderland Krallığının parlamentinin binasında "Nieuwspoort" Beynəlxalq Mətbuat Mərkəzində "Light a Fire to Fight the Liar!" (Yalanla Mübarizə üçün Alov Yandır!) adlı fotosərginin açılış mərasimi baş tutub. Sərginin açılışı zamanı Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb, tədbirin keçirildiyi məkanda "Light a Fire to Fight the Liar!" şüarına uyğun olaraq şəhidlərin xatirəsinə çoxsaylı şamlar yandırılıb. Heydər Əliyev Fondu tərəfindən "Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində hazırlanan tematik kitab, broşur, jurnal, poster və digər təbliğat materialları iştirakçılara paylanılıb.

Növbəti tədbir Niderland parlamentinin qarşısında, "Plein" meydanında baş tutub. Beləki meydanda çadır qurulub, yerli ictimaiyyətə Xocalı soyqırımının tarixçəsi, ermənilər tərəfindən törədilən vəhşiliklər haqqında məlumat verilib. Bundan başqa sərgiyə gələn ziyarətçilərə təbliğat materialları paylanılıb və onlar bu dəhşətli soyqırımın dünyada tanınması məqsədilə müvafiq petisiyanı imzalamağa dəvət olunub.

Elə həmin gün Ermənistanın Niderlandakı Səfirliyi qarşısında 200 nəfərin iştirakı ilə dinc aksiya keçirilib səfirlik binası önünə qara çələng qoyulub və şamlar yandırılıb. Daha sonra Ermənistan səfirliyindən Azərbaycanın Niderlandakı Səfirliyi binasına qədər yürüş təkil olunub və yürüş iştriakçılarından bir qismini ölkəmizin Niderlanddakı səfiri cənab Mir-Həmzə Əfəndiyev qəbul edib və onlarla müəyyən müzakirəlrə apararaq fikir mübadiləsi edib.

Fevralın 28-də isə Hollandiya Türkləri Konseyinin təşkilatçılığı ilə Ermənistan İşğalı və Qarabağ Soyqırımı" mövzusunda konfrans və sərgi təşkil olunub. Konfransda mövzuya dair çıxışlar dinlənilib və Ermənistan dövlətinin yürütdüyü işğalçı siyasət pislənilib. Konfransda Azərbaycandan gəlmiş nümayəndə heyəti də çıxış edərək mövzuyla bağlı fikirlərini səsləndiriblər.

Tədbir çərçivəsində Xocalıdakı soyqırımı əks etdirən müxtəlif əsərlərin nümayiş olunduğu sərgi də təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə