Nemtsovun qatillərinin görüntüsü yayıldı

Nemtsovun qatillərinin görüntüsü yayıldı

Rusiyalı müxalifətçi Boris Nemtsovun qətli ilə bağlı araşdırmalar davam etdiyi məqamda müstəntiqlər yeni video-görüntülər əldə ediblər. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qatillərin istifadə etdiyi Ukraynada istehsal olunan "ZAZ Chance" avtomobilini bir müddət kameralar izləyə bilib. Digər görüntülər isə hələlik əldə edilməyib. Görüntüləri "LifeNews" telekanalı yayıb.

Qeydə alınan görüntülərə əsasən, Nemtsovun qətlindən dərhal sonra cinayətkarların avtomobili Böyük Moskva çayı körpüsündən sağa - Bolotnaya küçəsinə dönüb. Cinayətkarların avtomobili həmin küçədən isə böyük sürətlə Böyük Daş körpüsünə qalxıb. Avtomobil Böyük Daş körpüsündən Tver küçəsinə keçib. Bundan sonra Dövlət Dumasının yanından keçən cinayətkarlar Böyük Dmitrovka küçəsinə dönür və orada sıx avtomobil axınında itirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə