Türkiyənin Niğde Universitetində təhsil alan azərbaycanlı tələbələr Xocalı soyqırımının 23-cü ildönümünü ilə əlaqədar konfrans təşkil ediblər. SİA-nın xəbərinə görə, tədbirdə tələbələrlə yanaşı universitetin müəllim və rəhbər heyəti də iştirak edib.
Konfransda soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla edildikdən sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səslənib
Tədbirdə çıxış edən həmvətənlərimiz türkiyəli tələbələrə Xocalı hadisələri haqqında geniş məlumat veriblər. Konfransda bildirilib ki, Xocalı soyqırımı müxtəlif coğrafiyalarda yaşayan türk xalqlarını bir araya gətirəcək faciəli hadisədir. Qeyd olunub ki, Xocalı soyqırımını törədən ermənilərin vəhşilikləri əsla unudulmamalıdır.
Konfransda Xocalı soyqırımına həsr edilmiş sənədli film və azərbaycanlı tələbələrin hazırladığı tamaşa da nümayiş etdirilib.







.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB