Gənclər üçün Təhsil Mərkəzi Xaçmaz rayonunda 150-dən çox gəncin iştirakı ilə 1-ci İntellektual Bilik Yarışı keçirib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, yarışın əsas məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.
Zərifə Əliyeva adına litseydə baş tutan açılış mərasimində çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə ölkədə aparılan gənclər siyasətinin hədəflərini, bu siyasətin həyata keçirilməsində gənclər təşkilatlarının və gənclərin fəal şəkildə qoşulduğunu, onların hər tərəfli inkişafları üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırdı. Bildirdi ki, bu günkü yarışın keçirilməsi, istedadlı gənclərin üzə çıxarılması və onların dəstəklənməsi də məhz dövlətin gənclər siyasətinin əsas tərkib hissəsidir.
Çıxış edən digər rəsmi qonaqlar da keçirilən yarışın əhəmiyyətini qeyd edərək, gənclərimizin yüksək intellektə və biliyə sahib olduğunu diqqətə çatdırıblar.
Daha sonra komandaların iştirakı ilə yarış başlayıb. Yarışın qalibləri Mərkəz tərəfindən mükafatlandırılmış, rayonda fəaliyyət göstərən "Xəmsə" dil kurslarına güzəşt əldə ediblər.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB