Yeni inşa olunan keçid söküləcək? RƏSMİ AÇIQLAMA

Yeni inşa olunan keçid söküləcək? RƏSMİ AÇIQLAMA

"Ziya Bünyadov prospektində yeni inşa olunan yerüstü piyada keçidinin sökülməsindən söhbət gedə bilməz". Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Obildirib ki, bəzi KİV-lərdə bununla bağlı yazılan məlumatlar cəfəngiyatdan başqa bir şey deyil: "Keçidin döşəmə hissəsinin üzlənməsi və pəncərələrdə şüşə hissəsinin montajı istisna olmaqla digər işlər tamamilə yekunlaşıb və bütövlükdə işlərin 90%-i artıq yerinə yetirilib. Sözügedən işlərin yerinə yetirilməsi üçün artıq nəzərdə tutulan materiallar sifariş olunub, həmin materiallar gətirildikdən sonra yerdə qalan işlərə başlanılacaq".

Qeyd edək ki, ümumilikdə işlərin mart ayının sonu, aprel ayının əvvəllərində başa çatdırılması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə