Qəbul vaxtı dəyişdirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Qobustan şəhərində keçiriləcək qəbulunun vaxtı dəyişdirilib. SİA-nın verdiyi məlumata görə, qəbul 13 martdan 16 mart ilə əvəz olunub.

Qeyd edək ki, qəbul zamanı Qobustan rayonu Ağsu, Şamaxı, Göyçay, İsmayıllı rayon sakinlərinin ərizə və şikayətlərinə baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə