Danimarkada fəaliyyət göstərən Vətən Cəmiyyətinin təşkilatçılığı ilə Kopenhagenin mərkəzindəki Ratuş meydanında Xocalı soyqırımı ilə əlaqədar etiraz mitinqi keçirilib. Türkiyənin Danimarkada səfiri Mehmet Dönmez, Skandinaviya Ülkü Ocaqlarının rəhbərləri və üzvləri, uyğur, çeçen cəmiyyətlərinin nümayəndələri aksiyaya qoşularaq azərbaycanlılara dəstək nümayiş etdirib.
Mitinq zamanı müxtəlif dillərində Xocalı soyqırımı barədə məlumat verilib. Tədbir boyu aksiya ilə maraqlanan yerli əhaliyə və turistlərə də ayrı-ayrılıqda Xocalı dəhşətləri barədə ətraflı məlumatlar çatdırılıb, bukletlər, vərəqələr paylanılıb.
Mitinqlə başlayan tədbir Kopenhagendə fəaliyyət göstərən Azərbaycan Evində davam etdirilib. Azərbaycan himninin səslənməsinin və Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilməsinin ardınca Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi, Türkiyənin Danimarkadakı səfiri Mehmet Dönmez, cəmiyyət sədrləri Xocalı soyqırımı barədə danışaraq beynəlxalq ictimaiyyəti Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi bu dəhşətli cinayətə hüquqi-siyasi qiymət verməyə çağırıblar.
Tədbirdə Xocalı dəhşətlərinin əks etdirən sənədli film və videoçarx nümayiş etdirilib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB