Zabitlərimiz İtaliyada kurs keçəcək

Zabitlərimiz İtaliyada kurs keçəcək

Martın 2-dən 6-dək Latina şəhərində (İtaliya) maddi texniki təminat üzrə funksional sahələr sistemi (LOGFAS) kursu, martın 2-dən 13-dək Ankara şəhərində (Türkiyə) silahlı münaqişə hüququ kursu keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə