"APA Holding" bu media quruluşuna daxil olan bir neçə saytın bağlanmasına aydınlıq gətirib. SİA-nın xəbərinə görə, "APA Holding"in bununla bağlı yaydığı açıqlamada bildirilir ki, holdinqin fəaliyyətində struktur dəyişikliyi edilib.
Şirkətin Direktorlar Şurasının qərarı ilə holdinqə daxil olan kulis.az, ailem.az və avtolent.az saytlarının fəaliyyəti dayandırılıb.
Qərarın verilməsinə səbəb layihələrin biznes baxımından rentabelli hesab olunmamasıdır.
Bundan sonra saytların arxivi saxlanmaqla lent.az-da eyni adlı rubrikalar fəaliyyətini davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB