Aydın Mirzazədə: "Bu sərəncamla şəhərin siması dəyişəcək"

Aydın Mirzazədə: "Bu sərəncamla şəhərin siması dəyişəcək"

"27 fevral 2015-ci il tarixində Azərbaycan Prezidenti cənab İlham Əliyev Minçəcevir şəhərində Mingəçevir Sənaye Parkının yaradılması haqqında Sərəncam və Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Fərman imzaladı. Mühüm dövlət sənədlərində həmin sənaye parklarında müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsul istehsalı həyata keçiriləcəyi qeyd edilir. Xəbər bütün mingəçevirliləri, o cümlədən məni çox sevindirdi. Qərarlarla dövlət başçı ölkəmizin bütün regionlarının inkişafına ciddi diqqət etdiyini bir daha sübut etdi". SİA-nın məlumatına görə, bu fikirləri millət vəkili Aydın Mirzəzadə sosial şəbəkədəki hesabında bildirib.

Millət vəkili fikirlərini beelə davam etdirib: "Əvvələr də hörmətli prezident şəhərin inkişafına böyük diqqət edir, Mingəçevirin məhz sənaye şəhəri kimi qalmasının vacibliyini vurğulayırdı. Bu istehsal və logistik mərkəzlərin yaradılması şəhərin və yaxın regionların inkişafına böyük sıçrayış verəcəkdir. Sənaye parklarında 7 min nəfər işçinin çalışacağı planlaşdırılır. Sənaye parklarının işə düşməsi onun ətrafında çox sayda xidmət və ticarət sahələrinin yaranmasına, biznesin canlanmasına, şəhər əhalisinin sosial vəziyyətinin xeyli yaxşılaşmasına gətirib çıxaracaqdır. Minlərlə şəhər sakini, qadınlar, gənclər daimi iş yeri ilə təmin olunacaqdır. İnsanlar mənzil almağa, ev tikməyə, biznes qurmağa geniş şanslar əldə edəcəklər. Bu obyektlərin öz arxasınca Mingəçevirə universitetlər, təhsil və mədəniyyət ocaqları da gətirəcəyi gözləniləndir. Şəhərin siması daha da müasirləşəcək, onun turizm potensialı yüksələcək. Ümumən, cənab prezidentin Mingəçevirlə bağlı qərarları onun Azərbaycanın inkişafı ilə bağlı uzaqgörən, düşünülmüş strateji inkişaf planının olduğunu və zaman-zaman onların həyata keçməsi üçün əməli addımlar atdığını göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə