Pirallahıda YAP-ın Gənclər Birliyi təsis olundu

Pirallahıda YAP-ın Gənclər Birliyi təsis olundu

Bu gün Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin təsis konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov, Pirallahı rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov, "SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev və paytaxt rayonlarının gənclər birliyinin sədrləri iştirak ediblər.

Konfransı giriş sözü ilə açıq elan edən YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov bildirib ki, Azərbaycan gəncliyinin inkişafı və gənclər siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Manaf Manafov bu gün həmin siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuluyub.

Tərbirdə çıxış edən Pirallahı rayon gənclərinin təmsilçiləri o cümlədən Pirallahlı rayon bələdiyyəsinin işçisi Aytən Əliyeva, YAP Pirallahı rayon təşkilatının təlimatçısı Cavid Babayev və başqaları Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasəti barədə danışıblar. Çıxışlarda ölkəmizdə gənclərin inkişafı üçün hərtərəfli şəraitin yaradıldığı, həmçinin YAP Gənclər Birliyinin Azərbaycanın ən böyük, güclü gənclər təşkilatı olduğu vurğulanıb.

Daha sonra Pirallahı rayonunun idarə, müəssisə və təşkilatlarından konfransa seçilmiş nümayəndələr Yeni Azərbaycan Partiyası Piralahı rayon Gənclər Birliyinin təsis edilməsinə yekdilliklə səs veriblər. Nümayəndələr həmçinin ümumi səsvermə ilə Gənclər Birliyi idarə heyətinin 11 nəfərdən ibarət tərkibini, sədrini və onun müavinlərini seçiblər. Orxan Babayev Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri, Aytən Əliyeva və Rüfət Məmmədov isə onun müavinləri seçiliblər.

Yeni seçilmiş Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyi idarə heyətinin üzvlərini, sədrini və onun müavinlərini təbrik edən, yeni fəaliyyət sahəsində uğurlar arzulayan "SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev vurğulayıb ki, Yeni Azərbaycan Partiyası bu gün nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqaz regionunun ən böyük siyasi təşkilatıdır: "Bu isə özü-özlüyündə həmin böyük qüvvənin gənclər qurumu olaraq, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin o cümlədən, YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin üzərinə əlavə məsuliyyət qoyur. Azərbaycanda həyata keçirilən gənclər siyasəti xalqımıza böyük uğurlar qazandırmışdır. Belə ki, Azərbaycan gəncləri bu gün təhsili, elmi, öz biliyi ilə bütün dünya gəncləri içərisində özünəməxsus xüsusi yer tutur".

Pirallahı rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov çıxışında bildirib ki, 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi ölkəmizin bir çox problemlərinin, o cümlədən gənclərin problemlərinin öz həllini tapması ilə nəticələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə