Türkiyə QHT-ləri Xocalıya Ədalət tələb edir FOTOLAR

Türkiyə QHT-ləri Xocalıya Ədalət tələb edir FOTOLAR

Xocalı Soyqırımının 23-cü il dönümü ilə bağlı Türkiyənin nüfuzlu QHT-lərindən biri olan Türkiyə Vəkillər Kollegiyası (Türkiye Barolar Birliği) tərəfindən tədbir həyata keçirilib. SİA-nın Azərbaycanın türkiyədəki səfirliyindən aldığı məlumata görə, tədbirdə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov və şöbə müdiri Qasım Hacıyev, Xocalı sakinləri Rahilə Quliyeva və Ramiz Qəhramanov, Səfirliyin əməkdaşları, Türkiyə Vəkillər Kollegiyasının idarə heyətinin üzvləri başda olmaqla həmin qurumun çox sayda üzvü, çox sayda elm xadimi və ekspertlər, tanınmış ictimai-siyasi xadimlər və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Vəkillər Kollegiyasının sədri Mətin Feyzioğlu və millət vəkili Elman Məmmədov Xocalının bütün beynəlxalq hüquq prinsiplərinə görə soyqırımı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra Xocalı Soyqırımından və ümumiyyətlə ermənilərin tarix boyu regionumuzda yürütdükləri qeyri insani siyasətdən bəhs edən türk dilində hazırlanmış "Xocalıya Ədalət" adlı müfəssəl sənədli film tədbir iştirakçılarına nümayiş etdirilmişdir. Tədbirin sonunda bir qrup gənc "Xocalıya ədalət!" tələblərini müxtəlif dillərdə səsləndirib.

Tədbir iştirakçılarına Xocalı Soyqırımı ilə bağlı çox sayda təbliğat xarakterli materiallar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə