Vüqar Bayramov: “Qız uşaqlarına depozitlərin verilməsi başa düşüləndir” AÇIQLAMA
"2-ci qız uşağı olanlara 10 min manatlıq depozit hesabının açılması və vəsaitin həmin hesaba hissə-hissə köçürülməsi məsələsi, ötən ilin dekabrın 22-də "Azərbaycan Respublikası əhali sakinliyi və demoqrafik inkişaf" üzrə dövlət proqramı layihəsinin müzakirəsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən müzakirələrdə qeyd edilmişdi". SİA-nın məlumatına görə, bu sözləri açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, doğulan qız uşaqlarına görə veriləcək məbləğlə bağlı keçirilən görüşdə məlumat verilmişdi. Məhz qız uşaqlarına veriləcək depozitlərin səbəbi isə ana bətnində öldürmənin qarşısının alınmasıdır: "Xatırladım ki, həmin görüşdə nazirliyin bütün rəhbər əməkdaşları o cümlədən müvafiq şöbə müdirləri iştirak edirdilər. Sözügedən layihənin müzakirəsinə eyni zamanda bir sıra mətbuat orqanları da qatılmışdılar. Həmin görüşdə rəsmi olaraq nazirlik tərəfindən bu məsələ bildirildi və hətta deyildi ki, əgər ideya təsdiq olunarsa o zaman maliyyə çətinliyi olmayacaq, çünki vəsait hissə-hissə hesaba köçürüləcək. Niyə oğlan deyil qız uşaqlarına depozitlərin verilməsi isə başa düşüləndir. Çünki Azərbaycanda hər 100 doğulan qız uşağına 116 oğlan uşağı düşür. İkinci qız uşaqlarının əksəriyyəti nə qədər acınacaqlı olsa da ana bətnindəcə öldürülür. Məqsəddə bu halların qarşısını almaq və demoqrafik inkişafı stimullaşdırmaqdan ibarətdir".
Vüqar Bayramov vurğulayıb ki, bu proqram həyata keçirilməklə qız uşaqlarının ölümünün qarşısı alınacaq. Müvafiq qurumlar isə bu məsələnin müzakirəsini aparsınlar: "Dünən isə mənə hər zaman oxuduğum bu məsələ soruşuldu ki, proqram layihəsini Milli Məclis deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırladığı üçün sözügedən qurumun mövqeyi önəmlidir. Uşaqların sayı çox olan ailələrdə valideyinlərin daha tez pensiyaya çıxması təklifini isə bir sıra digər təkliflərlə yanaşı həmin görüşdə mən bildirdim. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri bu təklifi dəstəklədi və tapşırdı ki, müvafiq qurumlar ilə bu məsələnin müzakirəsini aparsınlar. Qeyd edim ki, proqram layihəsinin hazırlanmasına əsas məsğul olan şöbə Nazirliyin Məşğulluq siyasəti və əmək bazarının tənzimlənməsi şöbəsidir. Mən ümumiyyətlə hər iki təklifin qəbul edilib sözügedən proqrama daxil edilməsinin tərəfdarıyam. Bu demoqrafik inkişafı balanslaşdırmaqla yanaşı, bu gün hətta Ərəb dövlətlərində belə müşahidə edilməyən qız uşaqlarının ana bətnində məhv edilməsi hallarını azalda bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB