Azərbaycanlı tələbələrdən vətənpərvərlik nümunəsi FOTOLAR

Azərbaycanlı tələbələrdən vətənpərvərlik nümunəsi FOTOLAR

Qazaxıstanda yerləşən Ahmet Yesevi Universitetinin azərbaycanlı tələbələri Xocalı soyqırımının ildönümü münasibətilə bu ölkədə tədbirlər təşkil ediblər. SİA-nın verdiyi məlumata görə, onlar öncə fevralın 25-də Türkistan şəhərində yerləşən Ahmet Yesevi Universitetinin mədəniyyət sarayında Xocalı ilə bağlı geni görüş keçiriblər. Görüşə tələbələrlə yanaşı müəllimlər də qatılıblar. Açılışda ilk olaraq Azərbaycanın bütün şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçılarına Xocalıda baş vermiş soyqırım haqda geniş məlumat verilib, soyqırım haqda fotoşəkillər, videolentlər göstərilib.

Sözügedən universitetin Hazırlıq fakültəsinin türkiyəli müəllimi Murad Yatağan Azərbaycanda olarkən Xocalı soyqırımından sağ çıxanların danışdığı acı gerçəkləri auditoriya ilə bölüşüb. "Xocalı tək Azərbaycana qarşı deyil, bütün türk dünyasına qarşı törədilən əsrin ən böyük faciəsidir" - deyə türkiyəli müəllim öz çıxışında vurğulayıb.

Tədbirin gedişində bir neçə azərbaycanlı və türkiyəli tələbə Xocalı ilə bağlı şeirlər səsləndiriblər.

Sonda bütün tədbir iştirakçıları Türkistan məzarlığında şəhidlərimizin xatirəsinə qoyulmuş məzar daşını ziyarət etməyə dəvət edilib. Məzar daşının qarşısına qərənfil qoyulub, şəhidlərimizin ruhuna Quran surəsi oxunub.

Fefralın 26-da isə Ahmet Yesevi Universitetinin Kentau şəhərində yerləşən Hazırlıq fakültəsi bölümündə tədbirin ikinci hissəsi gerçəkləşib. Fakültənin türkiyəli rəhbəri, əsli Qarabağdan olan Xəlil Adıyaman hazırkı İrəvan ərazisinin də türklərə məxsus olduğunu qeyd edərək, Azərbaycanın bu basqından sonra düşdüyü durumlarından danışıb.

Sonra ermənilərin günahsız körpələrin başına gətirdikləri zülmlərin, onlara verilən işgəncələrin bir qismi mətn olaraq türk, qazax və rus dillərində, müxtəlif ölkələrdən gəlmiş tələbələrin dilində səsləndirilib. Bayrağımızın önündə şeirlər söylənilib, bir neçə videolent izlənilib.

Tədbirin təşkilatçılarından olan azərbaycanlı tələbə Cavad Niyazlı keçirilmiş tədbirlə bağlı Bakuinfo.Az-a danışarkən qeyd edib ki, Xocalı soyqırımı ilə bağlı başqa ölkələrdə olduğu kimi, Qazaxıstanda da azərbaycanlı tələbələr tərəfindən tədbirlər təşkil olunur. "Bu tədbirləri yalnız şəxsi vəsaitimiz hesabına təşkil etdiyimizdən, bizim üçün bir sıra çətinliklər yaranır. Buna baxmayaraq, var gücümüzlə əlimizdən gələni etmətə çalışırıq. Bizə yeganə hərəkətverici qüvvə - xalqımızın dərdini dünyaya tanıtmaq, dövlətimizi layiqincə təmsil etmək hissidir. Buradakı azərbaycanlı tələbələr Vətən üçün üçün əllərindən gələni etməyi özlərinə borc bilirlər", - deyə C.Niyazlı əlavə edib.

Digər azərbaycanlı tələbə Ruslan Dost Əli isə Bakuinfo.Az-a açıqlamasında bildirib ki, keçirilmiş tədbir nəticəsində dünyanın bir çox ölkəsindən olan tələbələrə, 21-ci əsrdə dünyada ermənilər kimi qatil, rasist məxluqların mövcudluğu haqda məlumatlandırıblar. "Türkiyə türklərini çıxmaq şərtilə, nəinki bu tələbələrin, heç universitetdəki Kazak müəllimlərin əksəriyyəti Xocalının adını belə bilmirdilər", - deyə tələbə təəssüflə vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə