"Geyinilmiş paltarlar mütləq kimyəvi təmizləmədən, sanitar emaldan keçməlidir". Bunu SİA-ya açıqlamasında professor Adil Qeybulla söyləyib.
Bildirib ki, "İkinci əl" paltarlar ancaq təmizləndikdən sonra təkrar istifadəyə buraxıla bilər: "Çünki həmin paltarları geyinən insanlarda dəri xəstəlikləri ola bilər. Ona görə də sözügedən mallar dünyanın hər bir yerində əvvəlcədən virus əleyhinə və digər mikrobları məhv etmək üçün qamma şüalanma vasitəsilə sterilizə olunur. Daha sonra kimyəvi emala verilir. Bundan sonra isə təkrar istifadə oluna bilər. Əks halda geyinilmiş paltarların başqa cür yuyulub istifadə edilməsi təminatlı deyil. Bununla da insanlar müxtəlif viruslara, xəstəliklərə yoluxa bilər. Ona görə də diqqətli olmaq lazımdır. İnsanlar həmin paltarları hansı firmalardan alırlarsa onun mütləq təminatının olmasını dəqiqləşdirilməlidir. Bir sözlə satılan malların sertifikatı olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB