2015-ci il Azərbaycanın Gənclər Paytaxtında ilk tədbir! FOTOLAR

2015-ci il Azərbaycanın Gənclər Paytaxtında ilk tədbir! FOTOLAR

26 fevral 2015-ci il tarixində Gənclər üçün Təhsil Mərkəzi və ADDIM Gənclər təşkilatı " Gənclər paytaxtında" Xocalı faciəsinin 23-cü il dönümünə həsr olunmuş ilk tədbirini həyata keçiriblər. Mərkəzdən SİA-ya verilən xəbərə görə, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov olmaqla digər icra hakimiyyəti nümayəndələri, Gənclər və idman İdarəsi nümayəndələri, Mədəniyyət Saray kollektivi, Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynov, Addım Gənclər Təşkilatı"nın sədri Hüseyn Cavadzadə ,"Gənclər üçün Təhsil Mərkəzi " İB-nin sədri Fəxrəddin Həsənzadə , təşkilatların digər nümayəndə heyyəti, "Atilla" jurnalının baş redaktoru Gülşən Behbud, bəstəkar Tahir Əkbər, 300 nəfər İsmayıllı gənci və media nümayəndləri iştirak etib.

Dövlət qulluğu veteranı Valeh Salehov tədbiri açıq elan edib və tədbir iştirakçılarını Şəhid Xocalıların xatirəsi bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.

Anım mərasimi Mədəniyyət sarayının Xocalıya həsr olunmuş tamaşası ilə davam edib. Ardınca "Addım Gənclər Təşkilatı"nın sədri Hüseyn Cavadzadə tədbirin məqsədinin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə, soyqırımın miqyasının daha dərindən dərk edilməsinə xidmət etdiyindən və Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın "Xocalıya Ədalət" Beynəlxalq təbliğat-təşviqat kompaniyasının əhəmiyyətindən danışıb. "Gənclər üçün Təhsil Mərkəzi " İB-nin sədri Fəxrəddin Həsənzadə çıxışında, Xocalı soyqırımı zamanı tökülən qanların yerdə qalmayacağından, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə torpaqlarımızın bütövləşəcəyindən, işğalçılardan tam təmizlənəcəyindən, qüdrətli Azərbaycan ordusunun böyük qələbəyə çatacağından danışıblar. Sonra Gənclər paytaxtında ilk layihə olaraq "NARGİS Publishing House" tərəfindən hazirlanmış "Xatirə" qısametrajlı filmi nümayiş olunub. Xocalıdan məcburi köçkünün xatirəsindən bəhs edən filmin müəllifi Fuad Golddur. Daha sonra əfsanəvi Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynova həsr olunmuş sənədli film nümayiş etdirilib. Filmin nümayişindən sonra Qarabağ döyüşlərinin fəal iştirakçısı, hadisələrin şahidi ordenli hərbçi İbad Hüseynov çıxış edib, gəncləri vətən uğrunda döyüşə hazır olmağa çağırıb.

Rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İbad Hüseynova və ADDIM , Gənclər üçün Təhsil Mərkəzinin rəhbərlərinə Azərbaycanın gənclər paytaxtı kimi ilk vətənpərvərlik tədbirin İsmayıllıda keçirdikləri, "Xocalıya ədalət" təbliğat kompaniyasında fəal iştirak etdikləri üçün təşəkkürünü bildirib.

Tədbirdən sonra Heydər Əliyev Mərkəzi ziyarət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə