Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev məcburi köçkünlər üçün yeni salınan qəsəbədə Xocalıfaciəsinin 23-cü ildönümü ilə bağlı keçirilən görüşdə bildirib ki, Azərbaycan xalqının başına çox bəlalar gətirilib. SİA-nın xəbərinə görə, icra başçısı bildirib ki, təkcə Xocalı Soyqırımı deyil, 1905-1907, 1918-1920, 1948-1953–cü illərdə Cənubi Qafqazdakı tarixi ərazilərimizdə etnik təmizlənmə və soyqırımı siyasətinə məruz qalan yüz minlərlə Azərbaycanlı erməni daşnakları tərəfindən kütləvi surətdə qətlə yetirilib, ata-baba yurdlarından deportasiyalara məruz qalıblar. Ötən əsrin son illərində isə, başlanan hadisələr zamanı ermənilər Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək, torpaqlarımızın 20 fazini işğal ediblər. Belə ki, 1988-ci ildən başlayaraq, ermənilər tərəfindən dünya ictimaiyyətinin gözü qarşısında Azərbaycanın torpaqları işğal olunub, torpaqlarımızda qanlı faciələr törədilib, Xocalı şəhəri yerlə yeksan edilib.
Tarixən ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımlarla bağlı Gəncə şəhərində, parkların birində Soyqırım abidə-kompleksi yaradılacaq və orada ayrı-ayrı vaxtlarda xalqımızın başına gətirilən bu əzab-acıların hamısı öz əksini tapacaq. Eyni zamanda bu bizim qan yaddaşımızdır.
Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün dünyanın, bəşərin faciəsidir. Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilən cinayətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB