Xocalı soyqırımı Berlində anıldı

Xocalı soyqırımı Berlində anıldı

Xocalı soyqırımın 23-cü ildönümü münasibəti ilə "Xocalıya ədalət" kompaniyası çərçivəsində Almaniyanın paytaxtı Berlində şəhərin tarixi mərkəzi sayılan Brandenburq qapılarının yerləşdiyi meydanda mitinq təşkil olunub. Mitinqdə Berlində yaşayan, Almaniyanın müxtəlif vilayətlərindən və şəhərlərindən gələn azərbaycanlılar, Almaniya-Azərbaycan Dostluq cəmiyyətinin üzvüləri, Almaniyada fəaliyyət göstərən Türk diasporasının nümayyəndələri, şəhər sakinləri və Azərbaycandan gələn Milli Məclisin üzvüləri Siyavuş Novruzov, Rauf Əliyev, Xanlar Fətiyev iştirak ediblər. Mitinqdə Xocalı soyqırımı haqqında məlumatları əks etdirən plakatlar, şüarlar nümayiş etdirilib.

Mitinqdə çıxış edən Millət vəkilləri Ermənistanın Azərbaycan torpağı olan Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımın qurbanlarını yad etməyə çağırıblar. Mitinq iştirakçılarına bildirildi ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı xüsusi amansızlıqla qətlə yetrilib, 8 ailə təmamilə məhv edilib, 25 uşaq hər iki valideyinini, 130 uşaq valideyinlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər əsr götürülüb. Girov götürülənlərdən 150nəfərin o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Çıxış edənlər bildirib ki, milli kimliyindən və dini mənsubiyyətindən aslı olmayaraq hər kəs "Xocalıya ədalət" deyən Azərbaycanın yanında olaraq Ermənistanın insanlıq əlehinə törətdiyi bi cinayyəti pisləməklə bərabər, onu törədənlərin ədalət qarşısında cavab verməsi istiqamətində dəstək verməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə