İstanbulda anım mərasimi keçirilib FOTOLAR

İstanbulda anım mərasimi keçirilib FOTOLAR

Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Türkiyənin İstanbul şəhərində fotosərgi və konfrans keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbrə görə, İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi tərəfindən təşkil edilən tədbirə Türkiyə və Azərbaycanın dövlət rəsmiləri, alimlər, mədəniyyət işçiləri və diaspor nümayəndələri qatılıb.

Konfransdan əvvəl iştirakçılar tədbirin keçirildiyi binanın qarşısında əllərində qara şar və plakatlar tutaraq Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər. Daha sonra konfransı giriş sözü ilə açan İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin sədri Səfər Qaraqoyunlu Xocalı soyqırımı barədə danışaraq bu faciənin bütün bəşəriyyət üçün mənəvi ləkə, insanlığa qarşı cinayət olduğunu qeyd edib.

Sonra Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalov, Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Aqil Abbas, Fəzail İbrahimli, Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztek və başqalarının çıxışları dinlənilib. Onlar Xocalı soyqırımının dəhşətlərindən danışaraq qeyd ediblər ki, beynəlxalq ictimaiyyət bu faciəyə hüquqi-siyasi qiymət verməyənədək belə dəhşətli hadisələrin təkrar olunma riski qalacaq.

Sonda tədbir iştirakçılarına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırlanmış, Xocalı soyqırımı, digər bölgələrimizdə törədilən cinayətləri əks etdirən kitab, buklet və videomateriallar paylanıb.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi və çox sayda media təmsilçisi iştirak edib.

2

Bütün xəbərlər Facebook səhifəmizdə