Almaniyanın Türingiya vilayətində təhsil alan və çalışan azərbaycanlılar Xocalı soyqırımını andılar. Fevralın 26-da "Thuringen Azerbaijani Students Association" Almaniyanın Yena şəhərində Xocalı soyqırımına həsr olunmuş "Light a Candle to Remember Victims !" adlı aksiya təşkil edib. Cəmiyyətdən SİA-ya verilən xəbərə görə, "Qurbanları yad etmək üçün şam yandır!" adlı aksiyada alman və digər ölkələrdən olan nümyəndələr də iştirak ediblər. Aksiya iştirakçıları soyqırım qurbanlarının xatirəsinə şam yandırıblar. Aksiyaya qoşulan yerli və digər ölkə nümayəndələrinə Xocalı soyqırımı barədə həqiqətlər çatdırılıb. Xocalı qurbanlarının xatirəsinə çoxlu sayda şam yandırdıqdan sonra aksiya iştirakçıları şəhərin mərkəzi meydanına yürüş ediblər. Yürüş zamanı Xocalı soyqırımı və erməni vəhşiliyini özündə əks etdirən plakatlar və şəkillər nümayiş olunub.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB