Heydər Əliyev Fondunun, Azərbaycanın Gürcüstandakı səfirliyinin və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə fevralın 26-da Tbilisidə Xocalı soyqırımına həsr olunmuş sərgi açılıb.
Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, səfirliyin əməkdaşları, Gürcüstan parlamentinin deputatları, ictimaiyyət nümayəndələri sərgi ilə tanış olublar.
Martın 5-dək davam edəcək sərgidə Xocalı faciəsini əks etdirən fotoşəkillər, Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış və səfirliyə təqdim olunmuş kitablar, broşürlər və digər yazılı vəsaitlər nümayiş etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB