Şəmkir rayonunda Xocalı soyqırımı anıldı

Şəmkir rayonunda Xocalı soyqırımı anıldı

Şəmkir rayon İcra Hakimiyyəti və YAP Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə 26 fevral tarixində Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 23-cü ildönümü qeyd olundu.

İlk əvvəl tədbir iştirakçıları "Şəhidlər Xiyabanı"nda yerləşən "Soyqırım Abidəsi"ni ziyarət etdilər, abidənin önünə tər güllər düzdülər. Tədbir, Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Daha sonra Şəmkir rayon İcra Hakimiyyətinin müavini Sona xanım Əliyeva çıxışında 23 il əvvəl Xocalıda baş verən insanlığa zidd qətliamdan danışdı. O qeyd etdi ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalı şəhərinə hücum edib silahsız və köməksiz dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırımı aktı həyata keçirilmişdir. Xocalı şəhərində törədilmiş qırğın zamanı 613 nəfər dinc sakin qəddarlıqla qətlə yetirilmişdir ki, onların 83-ü uşaq, 106-sı qadın, 70-i qoca olmuşdur. Şəhərdə 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Dəhşətli faciə zamanı 487 nəfər yaralanmış, 1275 nəfər girov götürülmüş, 150 nəfər itkin düşmüşdür ki, onların çoxunun aqibəti indiyədək heç kimə məlum deyildir. Tədbirdə daha sonra Xocalı haqqında "Məhv edilmiş Şəhər" filmi izlənmiş, orta məktəb şargidlərinin hazırladığı bədii kompozisyaya baxıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə