Lənkəranda Xocali faciəsi qurbanlarinin xatirəsi yad edilib FOTOLAR
Xocalı faciəsi bizim əbədi və sağalmaz dərdimiz, yaramız olduğundan bir vətəndaş olaraq hər gün, hər saat bu ağrını, bu acını qəlbimizdə hiss edirik. Hər il fevralın 26-da isə bütün Azərbaycan xalqı bir nəfər kimi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir, onlara Allahdan rəhmət diləyir, şəhid olanların yaxınlarına, doğmalarına dərin hüznlə başsağlığı verir. SİA-nın Cənub bürosunun məlumatına görə, respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da Xocalı faciəsinin 23-cü ildönümü dərin ehtiramla yad edilib.
Fevralın 26-da Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra aparatının kollektivi, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, tələbələr, məktəblilər, hərbi hissələrin şəxsi heyəti şəhərimizdə Azərbaycanlıların Soyqırımı Qurbanlarının Xatirəsinə ucaldılmış abidə-kompleksin önünə gələrək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.
Əvvəlcə İcra başçısı Taleh Qaraşov abidə-kompleksin önünə gələrək, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq əklil qoyub
Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı aktyorlarının ifasında "Qisas sabaha qalmaz" adlı kompozisiya nümayiş etdirilib.
Sonda ümumxalq ziyarəti başlayıb.
Fevralın 26-da Lənkəran Dövlət Universitetində, rayonun orta ixtisas və ümumtəhsil məktəblərində ilk dərslər Xocalı soyqırımına həsr edilib, müxtəlif idarə və təşkilatlarda, qəsəbə və kəndlərdə anım mərasimləri, xatirə gecələri keçirilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB