Türkiyənin Əskişəhər Azərbaycanlılar Dərnəyi Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar mətbuat üçün brifinq keçirib. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, brifinqdə çox sayda soydaşımız, tələbələr, Xocalını Tanıtma İctimai Birliyinin sədri və Xocalı hadisələrini yaşamış soyqırımının şahidləri iştirak edib.
Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın brifinqdə çıxış edərək bildirib ki, 23 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda 613 nəfər azərbaycanlını öldürülməsi tarix boyu türklüyə qarşı törədilmiş cinayətlərdən biridir. "Bu gün hər platformada sözdə erməni soyqırımından danışanlar Xocalıda, Qarabağda, Şərqi Türküstanda, Təlafərdə yaşananları görmürlər"- deyə vurğulayan Cavid Aydın qeyd edib ki, Əskişəhər Azərbaycanlılar Dərnəyi olaraq Xocalıda yaşananların insanlığa qarşı törədilmiş cinayət olaraq tanınmasını istəyirik. Daha sonra isə o, Türk siyasətini və mətbuatını bu haqda üzərinə düşən vəzifəni yerinə yetirməyə dəvət edib. Brifinqdən sonra Əskişəhər vətəndaşlarına Xocalı soyqırımıyla bağlı materiallar paylanıb.
Daha sonra saat 14:00-da İNDEX Təşkilatının dəstəyilə Əskişəhər Azərbaycanlılar Dərnəyi tərəfindən Əskişəhərin Muttalib bölgəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilərək Xocalı Soyqırımı Xatirə Ormanı salınıb.
.jpg)





.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB