Soyqırımı qurbanları Qazaxda yad edildi

Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Qazax rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan partiyası Qazax rayon təşkilatı "Xocalıya ədalət" devizi altında Qazax şəhərində yürüş keçirildi. Yüzlərlə insanın iştirak etdiyi həmin yürüşdə "Xocalıya ədalət", "Xocalıya azadlıq", "Qarabağ bizimdir, bizim olacaq" şüarları səsləndirildi. N.Nərimanov qəsəbəsindən başlayan iztihamlı yürüş Şəhidlər Xiyabanında başa çatdı.

Şəhidlər xiyabanında Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Fərman Nağdalıyev, YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov, YAP Gənclər Birliyi Qazax rayon təşkilatının sədri Vüsal İsmayılov, YAP Qazax rayon təşkilatı Qazax Sement Zavod ərazi İlk partiya təşkilatının sədri Əlif Məmmədov çıxış edərək 1992-ci ilin dəhşətli Xocalı soyqırımından danışdılar. Qeyd etdilər ki, mənfur erməni silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyyətin köməkliyi ilə Xocalı şəhərini işğal etdilər. Bu qətliam nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər Xocalı sakini qətlə yetrildi. 8 ailə tamamilə məhv edildi. 1275 nəfər əsir, 150 nəfər isə itgin düşdü.

Xalqımız bu dəhşətli faciəni heç zaman unutmur, Xocalı şəhidlərinin xatirəsi hər il fevral ayının 26-da böyük hüznlə yad olunur.

Sonra yürüş iştirakçıları Şəhidlər abidə kompleksinin önünə qərənfillər düzərək Xocalı qurbanlarına ehtiramlarını bildirdilər.

Daha sonra Qazax rayon Mədəniyyət evində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar tədbir davam etdirildi. Tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsinin dəhşətlərini əks etdirən filmə tamaşa etdilər.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun təklifi ilə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. A.Əsgərov çıxış edərək Xocalıda törədilən qətliamdan danışdı. Artıq 23 illiyini qeyd etdiyimiz Xocalı soyqrımı ilə bağlı beynəlxal aləmdə hələ də bir susqunluq mövcuddur. Amma bütün bunlara baxmayaraq, cəmiyyətimiz baş vermiş bu faciəni heç vaxt unutmur. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni faşistləri tərəfindən Azərbaycan xalqına qarşı Xocalı şəhərində törədilən soyqrımına o dövrün hakimiyyət nümayəndələri lazımı qiymət verməyi bacarmadılar. Məhz xalqın təhkidli tələbi ilə Azərbaycana rəhbərliyə qayıdan Ulu öndərimiz tərəfindən 1994-cü ildə Milli Məclisdə Xocalı soyqrımına hüquqi-siyasi qiymət verildi və Xocalı soyqrımının insanlığa qarşı yönəlmiş bir cinayət olması ilə bağlı konkret mövqe bildirildi. Ulu öndərimiz Heydər Əliyev siyasətinin ən layiqli davamçısı olan ölkə Prezidentimiz İlham Əliyev də Xocalı soyqrımı ilə bağlı dünyanın bütün beynəlxalq təşkilatlarında, eləcə də, ayrı-ayrı ölkələrdə bu faciəyə siyasi və hüquqi qiymət verilməsi işi aparıb və buna nail olub. Məhz Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqrımının beynəlxalq ictimayyətə çatdırılması, fondun vitse-prezidenti Leyla Əliyeva tərəfindən "Xocalıya ədalət" kampaniyasının həyata keçirilməsi milli faciəmizin tanıdılması istiqamətində ən mühün addımlardan hesab olunur. Bundan əlavə, dünyanın bir neçə ölkəsində bu gün də "Xocalıya ədalət" kampaniyası ilə bağlı işlər aparılır.

Biz əminik ki, Azərbaycan hakimiyyətinin apardığı məqsədyönlü siyasətin nəticəsində torpaqlarımız geri qaytarılacaq və şəhidlərimizin qanı yerdə qalmayacaq.

Sonra Qazax Dram teatrının aktyorlarının ifasında Xocalı dəhşətlərindən bəhs edən ədəbi-bədii kompozisiya göstərildi.

Bütün xəbərlər Facebook səhifəmizdə