Genetik Ehtiyatlar İnstitutunda Xocalı faciəsi anılıb

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan institutun direktoru, akademiyanın müxbir üzvü, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərov XX əsrin ən böyük faciəsi olan Xocalı qırğınının təkcə Azərbaycan xalqı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş bir soyqırım olduğunu bildirib. O, qeyd edib ki, 1992- ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının hərbiçiləri ilə birgə Dağlıq Qarabağın Xocalı şəhərini yerlə-yeksan etmiş, dinc sakinləri məhv edərək insanlığa sığmaz soyqırım aktı törədib. Z.Əkpərov Xocalı soyqırımının ümumbəşəri faciə olduğunu vurğulamış, bu soyqırımın dünyada tanıdılması istiqamətində görülən işlərdən danışıb. Tədbirdə Xocalı soyqrımını əks etdirən videoçarx nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə