Neft-Kimya Prosesləri İnstitunda Xocalı Soyqırımı anılıb

Neft-Kimya Prosesləri İnstitunda Xocalı Soyqırımı anılıb

AMEA Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitunda Xocalı Soyqırımına həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdən öncə İnstitutun əməkdaşları Xocalı Soyqırımına ucaldılmış abidəni ziyarət ediblər.Tədbiri giriş sözü ilə İnstitutunun direktoru akademik Vaqif Abbasov açıb. Öz çıxışında akademik Vaqif Abbasov 1992-ci il fevral ayının 26-sında Xocalıda erməni hərbiçiləri tərəfindən xüsusi amansızlıqla və ağılasığmaz vəhşiliklə törədilmiş soyqrım haqqında geniş məlumat verib. Xocalı soyqrımı zamanı 613 nəfərin amansızlıqla qətlə yetirildiyini, 1000 nəfərdən çox müxtəlif yaşlı dinc sakinin aldığı güllə yaralarından əlil olduğunu, 8 ailənin tamamilə məhv edilyini, az yaşlı usaqlara və qadınlara qarşı edilmiş amansız vəhşilikləri xüsusi qeyd edən akademik Vaqif Abbasov bu cinayətin cəzasız qalmamasını və Ermənistanın hərbi-siyasi təcavüzünün dünya ictimaiyyəti tərəfindən ittiham edilməli olduğunu bildirib. Daha sonra akademik Musa Rüstəmov, elmi işçi Nəsibova Günay və başqa İnstitut əməkdaşları Xocalı Soyqırımı haqqında öz fikirlərini söylədilər.Tədbir Xocalı faciəsinin dəhşətli kadrlarının nümayişi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə