Gəncənin küçələrinə yeni adlar verilir

Gəncənin küçələrinə yeni adlar verilir

Gəncədə mövcud olan 195 adsız küçədə yaşayan sakinlər tez-tez müxtəlif problemlərlə üzləşirdilər. Bu narahatlığı aradan qaldırmaq məqsədilə son vaxtlar küçələrə adlar verilməsinə başlanılıb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva deyib ki, qısa vaxt ərzində 113 adsız küçəyə, o cümlədən Gülüstan və avtozavod adlanan ərazilərdəki yaşayış massivlərində 70, Məhsəti qəsəbəsində 11, Eminbəyli adlanan ərazinin bir hissəsində yeni salınmış 83 küçəyə adlar verilib. 51 küçənin adında isə qismən dəyişiklik edilib. Bəzi küçə adlarındakı təkrarçılıq da aradan qaldırılır.

Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə