Fevralın 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçiriləcək. Teatrın mətbuat xidmətindən bildirilib ki, Bakı şəhəri 46 saylı məktəbdənkənar tərbiyə mərkəzi ilə birgə baş tutacaq tədbirdə mərkəzin rəsm dərnəyinin şagirdlərinin Xocalı faciəsinə həsr olunmuş əl işlərindən ibarət sərgi nümayiş etdiriləcək.
Daha sonra teatrın kiçik səhnəsində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yaddaş" sənədli filmlər studiyasının istehsal etdiyi rejissor Şamil Nəcəfzadənin "Müharibə uşaqları" sənədli filminin premyerası olacaq.
Film Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəmanların xatirəsinə həsr olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB