Naxçıvan Müəllimlər İnstitutunun uğuru

Naxçıvan Müəllimlər İnstitutunun uğuru

Naxçıvan Müəllimlər İnstitutu ötən il Azərbaycan Respublikası Təhsil Nazirliyinin "İctimai təşəbbüslərə dəstək" layihəsi üzrə aparılmış ali məktəblərin reytinq cədvəlində 30 ali məktəb arasında 645 balla 9-cu yeri tutub. SİA azərtac-a istimadla xəbər verir ki, bu barədə Naxçıvan Müəllimlər İnstitutunun Elmi Şurasının iclasında məlumat verilib.

Tədbirdə institutun rektoru, professor Oruc Həsənli çıxış edərək bildirib ki, ötən il Naxçıvan Müəllimlər İnstitutunda 5 ixtisas üzrə bakalavriat hazırlanıb. 2014-2015-ci tədris ili üçün bakalavr təhsil pilləsi üzrə 261 nəfər, magistratura təhsil pilləsi üzrə isə 17 nəfər qəbul olunub. İnstitutda hazırda 1096 tələbə təhsil alır. Ali məktəbin professor-müəllim heyətindən 8 nəfəri elmlər doktoru, professor, 37 nəfəri fəlsəfə doktoru, dosentdir.

Qeyd edilib ki, 2014-cü ildə institutda 2 respublika və 1 beynəlxalq konfrans keçirilib. İnstitut əməkdaşlarının 10 kitabı, 305 elmi məqaləsi və tezisi dərc olunub. Məqalələrdən 15-i, tezislərin isə 18-i xaricdə dərc edilib. Ötən il 18 proqram və metodik vəsait nəşr olunub. İnstitut əməkdaşlarından 31 nəfər beynəlxalq, 51 nəfər isə respublika əhəmiyyətli elmi konfrans, simpozium və seminarlarda məruzələrlə çıxış ediblər.

Sonda hesabat çıxışları dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə