AMEA professoru, tarix elmləri doktoru Nərgiz Məlik qızı Quliyeva "Avropa nəşr mətbuat evi" mükafat komisiyyasının qərarı ilə milli mənəvi dəyərlərin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, ölkədə etnoqrafiya ilə bağlı apardığı uğurlu tədqiqatlarına, çoxsaylı dəyərli elmi kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında, Azərbaycan etnoqrafiya elminin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə ən yaxşı vətənpərvər tədqiqatçı alim qızıl medalı ilə təltif olunub. SİA-nın məlumatına görə, bu münasibətlə Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru tarix elmləri doktoru, professor Maisə Rəhimiova və İnstitutun elmi şurasının üzvləri Nərgiz xanımı təbrik etmiş, ona gələcək tədqiqatlarında uğurlar arzulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB