Masallıda xocalılılarla görüş keçirilib

Masallıda xocalılılarla görüş keçirilib

Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Masallı rayonunun Ərkivan qəsəbəsində müvəqqəti məskunlaşmış Xocalı şəhərindən olan məcburi köçkün Quliyev Yusif Məhəmməd oğlunun ailəsi ilə görüş təşkil olunub.

Görüşdə xalqımızın başına gətirilmiş bu dəhşətli hadisədən və 23 yaşlı soyqırımın dünya ictimaiyyətinə tanıdılmasında dövlətin apardığı siyasətdən söz açılıb.

Xocalı şəhərindən olan məcburi köçkün Yusif Quliyev Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra məcburi köçkün həyatı yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün zəruri olan bütün tədbirlərin görüldüyünü, hazırda cənab Prezident İlham Əliyev tərəfindən də bu tədbirlərin uğurla həyata keçirildiyini bildirərək, Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diplomatik səyi nəticəsində işğal olunmuş bütün torpaqlarımız, o cümlədən Xocalı şəhəri də yaxın vaxtlarda işğaldan azad olunacağını qeyd edib.

Yekunda Xocalı şəhərindən olan məcburi köçkün Quliyev Yusif Məhəmməd oğlunun ailəsinə YAP Masallı rayon təşkilatı tərəfindən yardım göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə