“26-cı gün... Biz Xocalıdayıq” TƏDBİR-FOTOLAR

“26-cı gün... Biz Xocalıdayıq” TƏDBİR-FOTOLAR

Beynəlxalq Mətbuat Mərkəzində (BMM) də Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) təşkilatçılığı ilə Xocalı qətliamının 23-cü ildönümünə həsr edilən "26-cı gün... Biz Xocalıdayıq" adlı anım tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirdə ölkəmizin ictimai-siyasi həyatında rolu olan tanınmış simalar, o cümlədən xarici ölkələrin səfirləri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən DADP sədri Əlisahib Hüseynov Xocalı qətliamının baş vermə səbəbləri, ermənilərin xalqımıza qarşı zaman-zaman törətdikləri vəhşiliklər barədə danışıb: "Xocalı bəşər tarixində görünməmiş bir faciə olmaqla hər birimizin yaddaşına qanlı hərflərlə həkk edilib".

Tədbirdə Orxan Muxtarlının ssenarisi əsasında hazırlanmış "Ruhların görüşü" adlı kiçik tamaşa Gənc Tamaşaçılar Teatrının aktyoru Vahid Orucoğlu və Roza İbadovanın ifasında canlandırılıb.

Daha sonra Xocalı, Qarabağ mövzusunda kompozisyalar səsləndirilib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə