“Aztelekom” İB-nin Gənclər Təşkilatı Xocalı soyqırımını yad edib

“Aztelekom” İB-nin Gənclər Təşkilatı Xocalı soyqırımını yad edib

Bu gün "Aztelekom" İstehsalat Birliyinin gənclər təşkilatı Xocalı soyqırımının 23 illiyini yad edib. SİA-nın məlumatına görə, "Aztelekom" İstehsalat Birliyində bir araya gələn gənclər, qurumun qarşısında Xocalıya ədalət şüarı ilə səssiz nümayiş keçiriblər. Daha sonra gənclər Xocalı abidəsinə doğru irəliləyiblər. Xocalı abidəsi önündə yığışan gənclər şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad edib, onların əziz xatirələri önündə baş əyiblər. Bundan sonra isə gənclər şəhər sakinlərinə üzərində Xocalı soyqırımında şəhid olanlar haqqında məlumat dərc olunmuş bukletləri paylayıblar. SəsTv-yə açıqlama verən "Aztelekom" İstehsalat Birliyinin gənclər təşkilatının rəhbəri Emil Rzayev soyqırımın anım tədbirlərini hər il qeyd etdiklərini və bu hadisənin nəinki Azərbaycanda, bütün dünyada törədilmiş ən böyük cinayət olduğunu vurğulayıb. Qeyd edək ki, aksiyada 50- yə yaxın gənc iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə