Bu yol 5-6 gün bağlı olacaq yolunuzu dəyişin

Bu yol 5-6 gün bağlı olacaq yolunuzu dəyişin

Bakıda daha bir küçə təmir məqsədi ilə bağlanacaq. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən SİA-ya verilən məlumata görə, fevralın 25-i gecə saat 22:00-dan etibarən Dilarə Əliyeva küçəsinin Puşkin küçəsi ilə kəsişməsindən "Azərbaycan Dəmir Yolları" QSC-nin qarşısınadək olan hissəsində avtomobillərin hərəkəti dayandırılacaq.

Asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya quyularının dəyişdirilməsi ilə əlaqədar 5-6 gün müddətinə həmin hissə bağlı olacaq.

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə