Fevralın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunundan SİA-ya verilən xəbərə görə, günün birinci yarısında bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4 dərəcə şaxta, gündüz 7-10 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şimal və şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu mərkəzi Aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB