Bu yoldan keçməyin!

Bu gün saat 21:00-dan etibarən Yusif Səfərov küçəsində nəqliyyat vasitələrinin hərəkəti bir neçə saatlıq məhdudlaşdırılacaq. Bu barədə SİA-ya "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, Yusif Səfərov küçəsinin Heydər Əliyev prospektindən şəhər istiqamətinə olan hissəsi, ikinci mərhələdə isə Yusif Səfərov küçəsinin şəhər istiqamətindən Heydər Əliyev prospektinə doğru olan hissəsində hərəkət məhdudlaşdırılmaqla yolun hərəkət üfüqi hissəsinin nişanlanması işləri yerinə yetiriləcək.

İşlərin təxminən səhər saat 05:00-06:00 radələrində yekunlaşması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə