Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Folklor İnstitutu arasında anlaşma memorandumu imzalanıb.
Artiq neçə illərdir Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu ilə birlikdə Azərbaycanın Maddi və Qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi və təbliği ilə əlaqədar bir sıra yadda qalan tədbirlər keçirib.
Birgə əməkdaşlıq memorandumda respublikada Folklor turizmi və UNESCO-nin Qeyri-Maddi Mədəni İrs siyahısına daxil olmuş Azərbaycanın mədəni irs nümunələrinin təbliği xüsusilə qeyd olunub .
Tədbiri giriş sözü ilə Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru Muxtar İmanov və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru, fəlsəfə üzrə elmlər doktoru,professor Vilayət İsmayılov çıxış ediblər.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun "Folklor və yazılı ədəbiyyat" şöbəsinin müdiri, professor Kamran Əliyev və Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu memorandumun imzalanmasının birgə əməkdaşlıq üçün geniş prespektivlər açdığını qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB